Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan
ərazilərini 60-dan çox Rusiya vətəndaşı tərk edib.
Belə ki,
yanvarın 17-də Rusiya sülhməramlılarının iştirakı ilə onların vətənlərinə
qayıtması təşkil edilib.
Rusiya
vətəndaşları sülhməramlıların müşayiəti altında Xankəndi-Laçın yolunda
azərbaycanlı ekofəalların aksiya təşkil etdiyi ərazidən maneəsiz keçiblər.