“Ötən il 9924 nəfər əlilliyi olan
şəxsə və 18 yaşa qədər olan əlilliyi müəyyən olunmuş uşağa yardım göstərilib”.
Bunu
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik
İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyib.
Onun sözlərinə görə, həmin xidmətlər əsasında qeyd olunan şəxslər 67 254
sayda bu və ya digər digər reabilitasiya vasitələri ilə təmin olunublar:
“Bunların
içərisində bir sıra yeni vasitələr var ki, ötən il əlilliyi olan şəxslərə
təqdim olunmağa başlanılıb. Xüsusilə hidravik çarpayılar, qaldırıcı qurğular,
ortopedik döşəklərin verilməsi mərkəzimiz üçün yenidir. Həmin vasitələrin
artırılması bu il də davam edəcək. Əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri
yüksək texnologiyalı protezlərin tətbiqi sahəsindədir. Layihəyə start
verildikdən dekabr ayının sonuna qədər 392 nəfər xüsusi səbəbdən əlilliyi olan
hərbçimiz, qazimiz 401 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. Yanvar
ayında isə 13 nəfərə 14 ədəd yüksək texnologiyalə protez verilib".
O, eyni
zamanda qeyd edib ki, vətəndaşlar üçün səyyar xidmət mövcuddur:
"Bu səyyar xidmətlər il ərzində
2 dəfə ümumi rayonları gəzirlər. Reabilitasiya vasitələri əgər istifadə
müddətindən əvvəl yararsız olursa, mərkəz onu ya təmir edir, ya da yenisi ilə
dəyişdirilir. Bura bütün qurğular aiddir".