Fevralın 21-i saat
20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə
atəşə tutulub.
Müdafiə
Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin
bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun
Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu
istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı
digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən
Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri
və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.