Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə
veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə
9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixdən istifadəyə
verilir.
Müharibə veteranlarına və
şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi
reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi
fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili
məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.
“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə
aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və
şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət
Platforması” formalaşdırııb.
9109 “Çağrı Mərkəzinə”
müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.