Mayın 11-dən 12-nə keçən gecə
Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış
məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb.
Bu barədə Müdafiə Nazirliyindən
məlumat verilib.
Ötən sutka ərzində Ermənistan silahlı
qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17
dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin Tovuzqala
rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz
rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif
çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub.
Bundan başqa, Rusiya sülhməramlı
qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni
silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa
və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı
silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub.
Ordumuzun şəxsi heyəti və texnikasında itki
yoxdur.
Bütün istiqamətlərdə bölmələrimiz
tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti nəzarət
altındadır.