Zəngilan və Cəbrayıl istiqamətində itkin
düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işlərinə
başlanacaq.Bunu açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.
O bildirib ki, mayın 3-dən 17-dək aparılan
tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində
aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır.
"4 minə yaxın itkin düşən şəxs var və 15
min insandan müvafiq analizlər götürülüb. Həmin analizlərə əsasən aşkarlanan
sümüklər uyğunlaşdırılır. Hazırda mina təhlükəsi ilə əlaqədar ərazidə mina
təmizləmə işləri aparılır. İşlər bitdikdən sonra iyunda tədqiqatlarımıza davam
edəcəyik. Yenidən Füzulidə, daha sonra isə Cəbrayıl və Zəngilan istiqamətində
axtarışlar aparılacaq".
Qeyd edək ki, Bakıda "Məhkəmə
arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda
ilk beynəlxalq konfrans keçirilir. Konfrans Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin
(BQXK) birgə təşkil edilib. Konfransın əsas müzakirə mövzusu I Qarabağ
müharibəsində itkin düşənlərdir.
Dumanlı Şuşa