Nəsibə Eyvazova
- Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyinin direktoru
Şuşanı tərk edəndə götürdüyüm ən qiymətli əşya bu kəlağayıdır. Çünki nənəmdən, anamdan yadigardır. Bu kəlağayı təkcə mənə Şuşanı deyil, nənəmi, anamı da xatırladır. Təxminən 1950-ci ilin kəlağayısıdır. Nənəm Qəmzə xanım Əliyeva Şuşada dünyasını dəyişəndə anam Narıngül xanım İsmayılova anasının yadigarı kimi saxladı. Bəzən də istifadə edirdi. Anam dünyasını dəyişəndən sonra mən götürdüm. Nənəmdən sonra bu kəlağayı yuyulmayıb. Nə anam yudu, nə də mən. Onların qoxusunu bu kəlağayıdan alıram. Həm Şuşadan, həm də onlardan əziz xatirədir. Bu illər ərzində, Şuşasız illərimdə mənə həmdəm oldu bu kəlağayı...
Dumanlı Şuşa